"Çelsi"nin futbolçusu Romelu Lukaku "Əl Hilal"dan təklif alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu belçikalı forvarda mövsümə 59 milyon avro maaş alacağı müqavilə təklif edib. 29 yaşlı hücumçu karyerasına Avropada davam etmək istədiyi üçün ərəblərə "yox" deyib.

Lukaku ilə "İnter" maraqlanır. Forvard ötən mövsümü icarə əsasında "neradzurra"da keçirib