"Liverpul" futbolçusu Adam Lyuisi icarəyə verib.

İqtisadiyyat.az xəbər verir ki, 23 yaşlı müdafiəçi 2024-cü ilin yayına qədər "Nyuport Kaunti"də çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lyuis ötən mövsümü də məhz Liqa II klubunda icarədə keçirib.

"Liverpul"un yetirməsi olan müdafiəçi əsas komanda ilə cəmi bir matça çıxıb.