İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" heyətinə yeni futbolçu cəlb etməyə yaxındır.

İqtisadiyyat.az xəbər verir ki, "qırmızılar" Fransanın "Nitsa" komandasının fransız yarımmüdafiəçisi Kepren Turamı heyətinə qatmaq üzrədir.

Ötən mövsüm Premyer Liqada zəif təsir bağışlayan "Liverpul" növbəti mövsümə daha güclü heyətlə girmək istəyir.

22 yaşlı futbolçunun özü də İngiltərədə çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, futbolçu ilə PSJ, "Mançester Siti" və "Arsenal" da yaxından maraqlanırdı.