Fransa Liqa 1-də dekabrın ən yaxşı futbolçusu müəyyənləşib.

İqtisadiyyat.az turnirin saytına istinadən xəbər verir ki, "Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq 2023-cü ilin son ayının ən yaxşı oyunçusu seçilib. O, səsvermədə PSJ-dən Kilian Mbappe və "Lion"dan Aleksandr Lyakazetti qabaqlayıb.

Qeyd edək ki, qabonlu futbolçu dekabrda meydana çıxdığı 5 matçda 4 qol vurub, 4 qolun ötürməsini verib.