Argentinalı ulduz Lionel Messinin yeni qol sevinci hamının marağına səbəb olub.

Liqalar Kubokunda Messi "Atlanta Yunayted"ə qarşı ilk oyununda qol vurduqdan sonra  yan tərəfə dönərək qolunu kənara uzadıb və qol sevincini yaşayıb.

İqtisadiyyat.az xəbər verir ki, çoxları bunu Messini Amerikaya aparan “İnter Mayami”nin ortağı Bekhemə qarşı istehzalı mesaj kimi qəbul etsə də, həyat yoldaşı başqa hekayə danışıb.

Antonela İnstaqramda yazdığı paylaşımda Messinin azarkeşlər içərisində olan oğulları Tiaqo, Çiro və Mateoya jest etdiyini açıqlayıb.

Məlum olub ki, Tiaqo böyük Marvel pərəstişkarıdır və Thor onun sevimli personajıdır. Məhz buna görə də Messi qolunu qeyd etmək üçün əlini uzadaraq Asqardiyanın ildırım tanrısına ehtiramını bildirib.

Qol sevincindən sonra "İnter Mayami"nin coşğulu tərəfdarları arasında görünən övladlarının reaksiyasına Messi gülümsəyərək cavab verib.

 Messinin gələcəkdə belə qol sevincləri edəcəyi proqnozlaşdırılır.