Argentina millisinin ulduzu Lionel Messi bərabər oynamaqdan zövq aldığı futbolçuları açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, futbolçu bu haqda Çinin "TTplus"a verdiyi müsahibədə açıqlayıb.

O, "Barselona"dan Pep Qvardiola, Xavi və Samuel Eto'o kimi ulduz komanda yoldaşlarına təşəkkür edib.

Messi "Qvardiola ilə hələ də əlaqə saxlayıram. Bu dəfə Çempionlar Liqasını qazanmaq onun dünyanın ən yaxşı məşqçisi olduğunu, Çempionlar Liqasını qazanmağa layiq olduğunu göstərir" deyə açıqlamasında bildirib.

Digər tərəfdən, Lionel Messi meydanda oynamaqdan ən çox həzz aldığı futbolçuları belə sıralayıb: “Luiz Suarez, Xavi, Neymar, Eto'O”.

Onun növbəti mübarizəsi MLS-də "İnter Mayami" ilə olacaq. Bu transferin onu Avropadan uzaqlaşdıracağı faktı onun 2023-cü ildə “Qızıl top”u qazanmasını çox çətinləşdirə bilər. Lakin argentinalı superulduz üçün bu arzulanan fərdi mükafat artıq əhəmiyyət kəsb etmir.