Lionel Messi "Analar Günü"nü ailəsiylə qeyd etmək üçün Argentina millisinin düşərgəsini tərk edib və Rosarioya yollanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Legaceta” məlumat yayıb. O, DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində bu gecə keçiriləcək Peru ilə oyunda iştirak etməlidir.

Qeyd edək ki, Peru - Argentina matçı oktyabrın 17-də (bu gecə) Bakı vaxtı ilə saat 06:00-da keçiriləcək.