Argentinalı hücumçu Lionel Messi “İnter Mayami”nin kapitanı olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “İnfoBae” məlumat yayıb.

Son dünya çempionu dünən yeni komandası ilə ilk məşqinə çıxıb. Məşqdən sonra Messi və Serxio Buskets komandanın gənc futbolçuları ilə işləmək və onlara məsləhətlər vermək üçün meydanda qalıblar.

36 yaşlı argentinalı futbolçunun MLS klubu ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. Messi “İnter Mayami”də 10 nömrə altında çıxış edəcək

Onun komandada debütünün iyulun 21-də, “Kruz Asul”a qarşı matçda olacağı gözlənilir.