Argentinalı futbolçu Lionel Messi Mayamide bir marketdə alış-veriş edərkən görüntülənib.

ABŞ-da Avropada olduğu kimi asanlıqla tanınmayacağına inanan argentinalı superulduz rəsmən fanatların hücumuna məruz qalıb.

 Deyəsən, Messi Amerika küçələrində də sərbəst gəzməkdə çətinlik çəkəcək.

35 yaşlı oyunçu Mayamidəki yeni evi üçün ərzaq alış-verişi edərkən, ərazidəki azarkeşlər Messinin ərzaq alış-verişi etdiyini görərək şoka düşüb və onunla şəkil çəkdirmək üçün bir-biriləri ilə yarışıblar.

Argentinalı superulduz isə foto tələblərinin heç birini geri çevirməyib.

Messi, "İnter Mayami" oyunçusu kimi rəsmi debüt etmədən əvvəl Amerikada həyata alışmağa çalışır.

 Klub MLS-də ilk oyununa hazırlaşarkən, keçmiş "Barselona" ulduzuna olan böyük marağı istifadə etmək üçün 18.000 nəfərlik DRV PNK stadionunu yeniləməyi planlaşdırır.

 Messinin transferi elan edildikdən sonra tamaşaçıların stadiona axını gözlənilir.