"Brügge"nin müdafiəçisi Klinton Mata karyerasını Fransada davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Lion"a keçib. Bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb. Anqolalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

"Lion" Mata üçün Belçika klubuna 5 milyon avro ödəyib.