"Linkoln"un futbolçusu Mark Roza Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, ispan yarımmüdafiəçi klubun saytına açıqlamasında mərhələ adlamaq istədiklərini deyib:

"Bizi çətin oyunlar gözləyir. "Qarabağ" aşkar favoritdir, amma futbolda mümkünsüz görünən şeyləri reallaşdıra bilərsən. Qələbə qazanmaq istəyirik. Onları təəccübləndirməyə çalışacağıq və hər zaman şansa güvənirik".

"Qarabağ" ilk oyunu iyulun 11-də Cəbəllütariqdə keçirəcək. Komandalar arasında cavab matçı iyulun 19-da Bakıda olacaq.