Rusiya ilə Körfəz Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələr arasında əməkdaşlıq heç kimə zərər vurmaq məqsədi güdmür.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz həmişə öz mövqelərimizi vicdanla ortaya qoyuruq və heç birimiz başqasına qarşı əməkdaşlığa can atmırıq”, - o deyib.

Lavrov vurğulayıb ki, nə Rusiya, nə də Körfəz ölkələri heç vaxt bir-birlərinin üçüncü ölkələrlə münasibətlərinə müdaxilə etməyə cəhd etməyiblər. 

Qeyd edək ki, Lavrov bazar ertəsi Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrinin nümayəndələri ilə görüşüb. İclasda birgə bəyanat və 2023-2028-ci illər üçün birgə fəaliyyət planı qəbul edilib.

1981-ci ildə yaradılmış Körfəz Əməkdaşlıq Təşkilatına altı ölkə - Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı daxildir. Onun əsas məqsədləri üzv ölkələr arasında siyasi koordinasiya və iqtisadi inteqrasiya, eləcə də Körfəzdə təhlükəsizliyin təmin edilməsidir. 

2016-cı ildə qurulan Rusiya-Körfəz Əməkdaşlıq Təşkilatı strateji dialoqunun ilk iclası 2017-ci ildə Ər-Riyadda keçirilib.