Yunanıstanın paytaxtı Afina yaxınlığında yerləşən və Türkiyənin "terror yuvası" kimi dəyərləndirilən Lavrion düşərgəsi boşaldılıb.

İqtisadiyyat.az dünya mediasına istinadən qeyd edir ki, təşkilat (ELAS) düşərgədə 53 adamın qaldığını bildirib.

Açıqlamaya görə, 1947-ci ildə tikilən düşərgə konstruksiyalarının bərbad vəziyyətdə olması səbəbindən boşaldılıb.

Qeyd edək ki, Yunanıstana sığınan bəzi terror təşkilatı tərəfdarlarının, terror lideri Abdullah Öcalanın plakatlarının olduğu Yunanıstan Qızıl Xaç Cəmiyyətinin dəstəklədiyi qaçqın düşərgəsinə illərdir sığınıblar.