Qapıçı Uqo Lloris “Tottenhem”i “Latsio”ya dəyişməyə yaxındır.

İqtisadiyyat.az xəbər verir ki, London klubu 36 yaşlı qolkiperi buraxmağa hazır olduğunu bildirib və dünya çempionunun özü də İtaliyaya köçməyə razılaşıb. İndi “Latsio”, “Tottenhem” və futbolçunun nümayəndələri müqavilənin detalları ilə bağlı danışıqlar aparır. Müqavilənin iki illik olacağı gözlənilir.

Qeyd edək ki, Lloris “Tottenhem”də 11 mövsüm keçirib.