"Rayo Valyekano"nun yeni baş məşqçisi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, La Liqa təmsilçisinin sükanı Fransisko Rodriqesə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Fransisko bu postda bir müddət əvvəl istefa verən Andoni İraolanı əvəzləyib.