Yaponiya ilk dəfə ballistik raket buraxılacağı təqdirdə əhalinin təxliyəsi üçün təlimlər keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Təlim Yaponiyanın Tayvana ən yaxın adası olan Yonaquni adasında keçirilib.Sakinlərə mərmilərdən gizlənmək, sirenlərə və radio xəbərdarlığına çevik reaksiya vermək üsulları öyrədilib. Təlimlərdə Yaponiya hökumətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu avqust ayında bölgədə genişmiqyaslı raket atışları həyata keçirmişdi. Eyni zamanda ballistik raketlərdən biri Yonaquni adasının təxminən 80 kilometrliyində dənizə düşmüşdü.

Məhəbbət Məmmədov

owl_detail_240_d1acca36e6a9471b703db9cfafb89c43.jpg