Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Çoi Sonq Hui yanvarın 15-17-də Rusiyaya səfər edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq.

Oktyabrda Lavrov Pxenyana səfər edib. Səfər Rusiya ilə KXDR arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünü qeyd etmək üçün həyata keçirilib. Lavrovu Şimali Koreya lideri Kim Çen İn qəbul edib.

Qeyd edək ki, 2023-cü il noyabrın 15-də Pxenyanda KXDR və Rusiya Federasiyasının ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 10-cu iclası keçirilib. Danışıqlarda Rusiya tərəfinə təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov rəhbərlik edib.