Kürdəmirdə ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb.

Bu barədə "İqtisadiyyat.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Mollakənd kəndində fəaliyyət göstərən fiziki şəxs Hacızadə Zeynal Əlsafa oğluna məxsus “Fərid” ictimai iaşə müəssisəsində planlı yoxlama keçirilib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Belə ki, mətbəxdə qida məhsullarının hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, döşəmə və divarların asan yuyula bilən materialla üzlənmədiyi, isti və soyuq suyun təchiz olunmadığı, istifadə olunan ləvazimatların tamlığının pozulduğu və istifadəyə yararsız vəziyyətdə olduğu, pəncərələrin həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı, tullantı qablarının qapağı açıq şəkildə saxlanıldığı, həmçinin yuma və yeməklərin hazırlanması sahələrinin ayrılıqda təşkil edilmədiyi üçün qida məhsullarının çarpaz çirklənməsinə səbəb olduğu müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.