"Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo ardıcıl üçüncü oyunda dubl edib.

İqtisadiyyat.az xəbər verir ki, Portuqaliya yığması ilə Avro-2024-ün seçmə mərhələsində Lüksemburq və Lixtenşteynlə oyunlarda iki qol vuran forvard, dünən Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nəsr"lə "Əl Adalh"la matçda bu göstəricini təkrarlayıb.

Ronaldo 2018-ci ildən sonra ilk dəfə ardıcıl üç oyunda azı iki qol vurub. 38 yaşlı hücumçu həmin vaxt "Real" formasıyla "Eybar"a (2 qol) və "Jirona"ya (4 qol), Portuqaliya millisi ilə isə yoldaşlıq görüşündə Misirə qarşı oyunda (2 qol) fərqlənmişdi.