'Bitcoin'nin məzənnəsi son 24 saat ərzində 0,53% ucuzlaşaraq 3 635 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 63,742 mlrd. dollar təşkil edib. İqtisadiyyat.az Fins.az-a istinadən xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 71%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 120,638 mlrd. dollar təşkil edib. 'Ethereum' son sutkada 0,16% dəyər itirərək 121 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 12,656 milyard dollar olub.

“Ripple”ın məzənnəsi 0,77% azalaraq 0,302 dollar olub. Altkoinin bazar dəyəri 12,472 milyard dollar həddində qərarlaşıb.