Dünya birjalarında neftin qiyməti artıb.

İqtisadiyyat.Az xəbər verir ki, birjalarda keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,26 dollar və ya 0,48% artaraq 54,16 dollar təşkil edib. Brent markalı neftin qiyməti isə 0,39 dollar və ya 0,61% artaraq 64,00 dollar təşkil edib.