Qızıl ən qiymətli metal kimi həmişə öz dəyərini qoruyub saxlayır. Əksər insanlar öz büdcələrini qızıla çevirib onun dəyərdən düşməyəcəyinə inanırlar. Ancaq müəyyən səbəblərdən asılı olaraq qızıl gah ən aşağı, gah da ən yuxarı həddə qədər dəyişir. Hazırki durumda isə qızılın 1 unsiyası 1315 dollara satılır. Ən dəyərli əlvan metalın qiymətinə təsir edən amilləri ekspert və analitik izah edib.

yeni_190211_172938.jpg

“Qızılın qiyməti dollarla ifadə olunduğu üçün, dollar bahalaşan zaman qızılın dollarla ifadə olunan dəyəri də azalmış olur”

Bunu Valyuta və Əmtəə birjaları üzrə müstəqil analitik Gündüz Gözəlov İqtisadiyyat.az saytına münasibət bildirərkən deyib. Analitikin fikrincə, qızılın qiymətlərinin dəyişməsi fond birjalarındakı böhran, dolların dəyəri, inflyasiya və digər səbəblərlə bağlıdır.

Qızıl valyutada “sığınacaq” rolunu oynayır. Qızılın qiymətinə əsas təsir edən amil fond birjalarındakı vəziyyətdir. Fond birjalarında böhran baş verəndə investorlar vəsaitlərini qorumaq üçün qızıla yönəldirlər. İkinci amil az da olsa dolların qiymətidir. Qızılın qiyməti dollarla ifadə olunduğu üçün, dollar bahalaşan zaman qızılın dollarla ifadə olunan dəyəri də azalmış olur. Dollar bahalaşan zaman indeksi də qalxır. Dollar qalxdıqda qızıl ucuzlaşır. Qiymətlərin qalxmasına ilk səbəb böhranlardır. Qızıla çox vaxt böhran əmsalı deyirlər.

İkinci səbəb inflyasiyadır. İnflyasiyada qızılın qiyməti artır. 3-cü əsas amil dolların dəyəridir. Dolların indeksi qalxdıqca, digər valyutalara qarşı dollar gücləndikcə qızıla qarşı da güclənir və qızılın qiyməti düşür. Pul dəyərdən düşdükcə qızıl daha stabil valyuta kimi dəyərini itirmir. Uzunmüddətli periodda qızıl aşağı riskli maliyyə alətidir. Burda ən sadə səbəb pul dəyərdən düşdüyü zaman hər şeyin qiyməti qalxdığı üçün qızılın da qiyməti qalxır. Əsas səbəb stabil və aşağı riskli valyuta olduğundan dəyərdən düşən pulu qızılda saxlamaq daha cəlbedicidir.

“İnterest Rates”- dördüncü əsas səbəb Yəni mərkəzi bankların faiz dərəcələridir. İnvestisiya alətlərinin əksəriyyətinin gəlirliliyi faiz dərəcələrinə bağlıdır. Nə qədər yüksək faiz dərəcəsi varsa investorlar vəsaitlə0rini o alətlərə yerləşdirirlər. Faiz dərəcələri aşağı düşdükcə qızıla maraq artır. Faiz dərəcəsi artdıqca isə qiymətdən düşür.

Zərgərlik və sənaye də növbəti amil kimi dəyərləndirilə bilər.Qızıl tələbində əsas yerlərdən birini zərgərlik tutur. Bu sahədə əsas istehsalçı Çin,Hindistan,ABŞ və ərəb ölkələridir. Növbəti amil isə qızıl istehsalıdır. Burda isə aydındır, təklif çox olduqca qiymət düşür.

perviz.jpg

Yaxın perespektivdə qızılın qiymətində stabillik müşahidə ediləcəyi gözlənilir

Bu sözləri mövzu ilə əlaqədar saytımıza açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Qızılın qiyməti istər dünya bazarı üzrə, istərsə də daxildə müəyyən müddətdən bir müxtəlif istiqamətlərdə dəyişir. Və bu, tələb və təkliflə bağlı bir məsələ olmaqla yanaşı, bir sıra başqa tendensiyalar ilə də bağlıdır. Məsələn, dünya bazarlarında qızılın qiyməti həmişə investorların mövqelərilə əlaqəli olaraq, dinamika nümayiş etdirir. Belə ki, adətən, neftin qiyməti baha olduqda qızıla yatırımlar genişlənir. Əksinə olduqda isə, qızıl ucuzlaşır. Ümumiyyətlə, qızıl həmişə ən mühüm yatırım vasitələrindən biri hesab olunur. Yaxın perespektivdə qızılın qiymətində stabillik müşahidə ediləcəyi gözlənilir. Bu, daha çox dünya iqtisadiyyatında qeyri-müəyyənliklə bağlıdır. Belə ki, hazırda heç bir istiqamətdə proqnozlaşdırma mümkün hesab edilmir. O ki qaldı, daxili bazara, qızıl məmulatlarına tələbatın azalması ilə bağlı, başqa sözlə desəm, bir sıra istehlak amilləriylə əlaqədar olaraq, bu sahədə bir durğun müşahidə edilməsi labüd xarakter daşımaqdadır. Bu sahədə ucuzlaşmanın müəyyən bir həddi var o cümlədən, bahalaşmanın da. Bu daimi bir tendensiyadır.

Mehman Nəbiyev