Belçikanın hava məkanında təyyarələrin hərəkətinə cavabdeh olan 'Skeyes' şirkəti ümumi tətillə əlaqədar olaraq ölkənin bütün hava limanlarının bağlandığını elan edib.

Bildirilir ki, məhdudiyyətlər çərşənbə axşamı yerli vaxtla saat 22:00-da qüvvəyə minib və çərşənbə günü saat 22:00-dək qüvvədə olacaq. Belçikanın hava məkanının bağlanmasına ölkədəki ümumi tətil səbəb olub. Tətildə həmçinin hava limanlarının da əməkdaşları iştirak edirlər.

Tətildə iştirakı həmçinin müşayiətçi xidmətlərin nümayəndələri - dispetçerlər, xilasedici briqadaları və aeroportlara xidmət edən polis də elan edib.

Daha əvvəl Belçikada silahlı hücum nəticəsində Türkiyə vətəndaşları yaralanıb.