Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Kraken kütləvi ixtisarlar həyata keçirəcək və işçilərin 30 faizinə qədərini ixtisar edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə onun həmtəsisçisi və baş direktoru Cessi Pauel korporativ bloqda məlumat verib.

O, bildirib ki, bu, şirkətin dəyişən bazar şəraitinə uyğunlaşması üçün zəruridir. Təxminən 1100 nəfəri işdən çıxarılan işçilərə 16 həftəlik iş üçün təzminat vəd edilir:

 “Son bir neçə il ərzində yüz milyonlarla yeni istifadəçi kripto məkanına daxil olub və bu müddət ərzində milyonlarla yeni müştəri Krakenə etibar edib. Müştərilərimizə bizdən gözlədikləri keyfiyyət və xidməti təqdim etmək üçün heyətimizi üç dəfə artırmaqdan çox, sürətlə böyüməli olduq”.

Məhəbbət Məmmədov