Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu ötən il ərzində 11 milyard dollar investisiya itirib.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, fond 2021-ci ildə 25,4 milyard dollar mənfəət əldə edib.

Dinamikanın əsas səbəbi texnologiya fondlarında paketlərin qiymətinin aşağı düşməsi olub. Məsələn, təkcə Səudiyyə Ərəbistanının deyil, Birləşmiş Ərəb Əmirliklərinin də fəal şəkildə sərmayə qoyduğu Yaponiyanın "SoftBank" qrupunun "Vision Fundu"nun itkisi 32 milyard dollar təşkil edib.

Məlumata görə, Ər-Riyad bu cür investisiyalarla krallığın iqtisadiyyatını neft hasilatı asılılığından çıxarmağa çalışır.

 

Gözəl Həşimova