Kosta Rikanın həvəskar "Deportivo Rio Kanya" klubunun futbolçusu Xesus Alberto Lopes Ortis timsah hücumunun qurbanı olub.

İqtisadiyyat.az "Marca"ya istinadən xəbər verir ki, timsah sözügedən oyunçunu Kanyas çayında öldürüb.

Xəbərə görə, Xesus fizki məşqlər edəndən sonra çayda çimmək qərarına gəlib və körpünün üstündən suya tullanaraq bədbəxt hadisə ilə üzləşib.

Futbolçunun cəsədini tapmaq üçün polis timsahı güllələyib. Ortisin artıq dəfn edildiyi bildirilib.