Azərbaycanda ötən son gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İqtisadiyyat.az-a verilən məlumata görə, ötən gün infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 8 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 942 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 637 nəfər müalicə olunaraq sağalıb, hazırda 23 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.