ABŞ-ın Şərqi Virciniya ştatında da koronavirus aşkar edilib.

Bu barədə “Anadolu” xəbər agentliyi Con Hopkins Koronavirus Araşdırma Mərkəzinə istinadən məlumat yayıb.

Bununla da ölkə ərazisində koronavirus 50 ştatın hamısına yayılmış olub.

ABŞ ərazisində 5894 nəfərin koronavirusa yoluxduğu, 97 insanın isə bu virusdan öldüyü bildirilir.