Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Sabah” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Həm Sabah”, həm də “Sumqayıt” püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

“Sabah”ın potensial rəqibləri

“Makkabi” (Hayfa, İsrail)

“Astana” (Qazaxıstan)

AEK (Yunanıstan)

“Marsakloks” (Malta) – “Partizani” (Albaniya) cütünün qalibi

“Sumqayıt”ın potensial rəqibləri

“Başakşəhər” (Türkiyə)

“Hapoel” (İsrail)

“Omoniya” (Kipr)

“Fehervar” (Macarıstan)

“Sankt Qallen” (İsveçrə)

Qeyd edək ki, 2-ci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək