Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər. Üç klubumuzdan səfərdən sərfəli nəticə ilə dönənlər evdə mərhələ adlamağa çalışacaqsa, Qəbələdə məğlub olan digər təmsilçimiz möcüzə arxasınca gedbib.

İqtisadiyyat.az xəbər verir ki, əvvəlcə meydana “Sabah” çıxacaq. Murad Musayevin baş məşqçi olduğu komanda ilk dəfə belə oyunu qəbul edən “Bank Respublika Arena”da Latviya RFŞ-ni qəbul edəcək. “Neftçi” və “Qəbələ”nin oyunları isə bir saat sonra eyni vaxtda – 21:00-da start götürəcək. “Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcəksə, “qırmızı-qaralar” Kiprdə “Omoniya”nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub – 2:3.

Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. “Sabah” (Azərbaycan) – RFŞ (Latviya)

İlk oyun – 2:0.

Baş hakim: Fedayi San (İsveçrə).

“Bank Respublika Arena”.

21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina)

İlk oyun – 2:2.

Baş hakim: Balaş Berke (Macarıstan).

8-ci km stadionu.

21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan)

İlk oyun – 3:2.

Baş hakim: Adam Ladebek (İsveç).

Nikosiya, “GSP Arena”