"Sabah" bu gün Konfrans Liqasında növbəti oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, "futuristlər" III təsnifat mərhələsinin cavab oyununda "Partizan"la qarşılaşıb. Serblərin 2-0 hesabı ilə qalib gəldiyi matçda əlavə vaxtda da qol olmayınca penaltilər seriyası oynanılıb. "Sabah" klubu penaltilər seriyasında məğlub olub və mübarizəni dayandırıb.

Komandalar arasındakı ilk oyunda "Sabah" qələbə qazanıb - 2:0.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunları

17 avqust

23:00 Partizan (Serbiya) - Sabah 2-0

İlk oyun - 0:2