"Qəbələ” və “Neftçi” bu gün Avropa Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, 2-ci təsnifat mərhələsinin ilk oyununda “qırmızı-qaralar” evdə Kipr “Omoniya”sını qəbul edəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək matçı rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.

“Neftçi” isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından “Jelezniçar” olacaq. “Qrbavitsa” stadionundakı oyunda ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Sabah” ötən gün Latviyada RFŞ komandasına 2 cavabsız qolla qalib gəlib.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunları

27 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr)

Baş hakim: Andrey Çivulete (Rumıniya)

Qəbələ şəhər stadionu

23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Yuri Frişer (Estoniya)

Sarayevo, “Qrbavitsa” stadionu