Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

İqtisadiyyat.az xəbər verir ki, tədbir saat 16:00-da başlayıb.

Püşkdə Azərbaycan təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinib.

"Sabah" RFŞ-ni keçsə, növbəti raundda "Partizan"la (Serbiya) qarşılaşacaq.

"Neftçi" Bosniya və Herseqovina təmsilçisi "Jelezniçar"ı mübarizədən kənarlaşdıracağı halda, "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Qəbələ" Kipr "Omoniya"sını keçsə, "Midtüllan" (Danimarka) - "Proqres" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.