Konfrans Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilib.

İqtisadiyyat .az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Ermənistan təmsilçisi "Ararat"la səfərdə qarşılaşıb. İsgəndərli matçın 59-cu dəqiqəsində meydana daxil olub. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Şimali Makedoniyanın "Makedoniya GP" komandası azarkeşləri önündə Latviya RFS-ni qəbul edib. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu cütün qalibi növbəti mərhələdə "Sabah"la qarşılaşacaq.

Bosniya təmsilçisi "Jelezniçar" Minsk "Dinamo"sunu sınağa çəkib. Oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi isə II təsnifatda "Neftçi"yə rəqib olacaq.

Konfrans Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

13 iyul

Ararat (Ermənistan) - Eqnatiya (Albaniya) 1:1

Eskaldes (Andorra) - Vikinqur (Farer adaları) 2:1

Pünik (Ermənistan) - Narva (Estoniya) 2:0

Tobol (Qazaxıstan) - Honka (Finlandiya) 2:1

Makedoniya GP (Makedoniya) - RFŞ (Latviya) 0:1

Zilina (Slovakiya) - Levadiya (Estoniya) 2:1

Paneveys (Litva) - Milsami (Moldova) 2:2

Haka (Finlandiya) - Krusayders (Şimali İrlandiya) 2:2

Maqpes (Cəbəllütariq) - Dandalk (İrlandiya) 0:0

Alaşker (Ermənistan) - Arsenal (Monteneqro) 1:1

Domjale (Sloveniya) - Baltsan (Malta) 1:4

Dukaqcini (Kosovo) - Avropa (Cəbəllütariq) 2:1

Qzira (Malta) - Qlentoran (Şimali İrlandiya) 2:2

Hegelman (Litva) - Şkupi (Şimali Makedoniya) 0:5

Riqa (Latviya) - Vikinqur (İslandiya) 2:0

Torpedo (Gürcüstan) - Sarayevo (Bosniya və Herseqovina) 2:2

Dunayska Streda (Slovakiya) - Dila Qori (Gürcüstan) 2:1

Niederkorn (Lüksemburq) - Qyilani (Kosovo) 2:2

Penibont (Uels) - Santa Koloma (Andorra) 1:1

Torşavn (Farer adaları) - Derri Siti (Şimali İrlandiya) 0:0

Akureyri (İslandiya) - Konnahs (Uels) 2:0

Tirana (Albaniya) - Dinamo (Batumi, Gürcüstan) 1:1

Şkendiya (Şimali Makedoniya) - Haverford (Uels) 1:0

Vaduts (Lixtenşteyn) - Neman (Belarus) 1:2

Sutyeska (Monteneqro) - Kosmos (San Marino) 1:0

Jelezniçar (Bosniya və Herseqovina) - Dinamo (Minsk, Belarus) 2:2

La Fiorita (San Marino) - Zimbru (Moldova) 1:1

Linfild (Şimali İrlandiya) - Vlazniya (Albaniya) 3:1

Maribor (Sloveniya) - Birkirkara (Malta) 1:1