İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlarla görüşüb, onların suallarını cavablandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu O.Məmmədov "X" hesabında bildirib.

Onun sözlərinə görə, qəbulda sahibkarların qaldırdığı məsələlər araşdırılacaq, həlli istiqamətində Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görüləcək.