Amerika Basketbol Liqasının (NBA) unudulmaz basketbolçusu Kobe Bryantın 2020-ci ilin yanvarında vəfat etdiyi qəzanın dağıntılar altında çəkilmiş fotoşəkilləri üçün açılan iddiada həyat yoldaşı Vanessa Bryant 28,85 milyon dollar təzminat qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, 9 nəfərin öldüyü Bryantın qəza yerində çəkilmiş fotoşəkillərin icazəsiz paylaşılması ilə bağlı açılan iddiada məhkəmə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles Bələdiyyəsinin təzminat ödəməsinə qərar verib.

Kaliforniya Mərkəzi Dairə Məhkəməsinin qeydlərinə görə münsiflər heyəti Kobenin həyat yoldaşı Vanessa Bryant-a zərər vermə səbəbiylə qəzanın fotolarını paylaşan Los-Anceles Bələdiyyəsinin 28,85 milyon dollar təzminat ödəməsi barədə razılığa gəlib.

Qeyd edək ki, 26 yanvar 2020-ci ildə helikopter qəzasında 41 yaşlı Bryant və onun 13 yaşlı qızı Giannadan başqa daha 7 nəfər həlak olmuşdu