Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İqtisadiyyat .az xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycandan "Qarabağ" və "Neftçi" yer alıb.

"Atlılar" ötən cədvəllə müqayisədə 3 pillə geriləyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 138,5 xalla 74-cü pillədə qərarlaşıb.

"Neftçi" isə 67 xalla 291-ci sırada yer alıb. "Ağ-qaralar" ötən siyahı ilə müqayisədə 4 pillə geriləyib.

Reytinq cədvəlində 315 xalla İspaniyanın "Real" klubu başçılıq edir.