Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların 2023-cü ilin ilk 9 ayına olan dünya reytinqini açıqlayıb.

İqtisadiyyat.az saytının məlumatına görə, siyahıda Azərbaycanın 3 komandası yer alıb.

Ən yaxşı göstəriciyə malik “Qarabağ” reytinqdə bir qədər də irəliləyib. Azərbaycan çempionu 3 addım yüksəlişə keçərək, 61-ci yerdə qərarlaşıb. Qurban Qurbanovun kollektivinin aktivində 144,5 xal var.

“Sabah” reytinqdə 16 komandanı özündən irəli buraxıb. Paytaxt təmsilçisi bu dəfə 63,5 xalla 302-cı pilləyə enib. “Neftçi” isə 7 addım geri gedib. “Ağ-qaralar” hazırda 61,75 xalla 318-cidir.

414 komandanın yer aldığı dünya reytinqinə 304 xalla “Mançester Siti” başçılıq edir. “Real” (291 xal) ikinci, “İnter” (254) isə üçüncü yerdədir