Ukrayna və Rumıniya təhlükəsizlik zəmanətləri haqqında saziş üzrə danışıqlara başlayıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, Rumıniya Ukrayna ilə təhlükəsizliklə bağlı danışıqlara başlayan 9-cu ölkədir.

Xatırladaq ki, bu il yanvarın 12-də Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak təhlükəsizlik üzrə ikitərəfli saziş imzalayıblar. 

Beləliklə, London Kiyevin belə bir müqavilə imzalayan ilk Qərb tərəfdaşı oldu.

 
Əli Ağayev