"Taxıl sazişinin gələcəyi hələlik məlum deyil. Məsələlərin həlli Qərbin təşəbbüs göstərməsini tələb edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS Ankaradakı diplomatik mənbəyə istinad edərək bildirib.

"Bildiyiniz kimi, Rusiya müqavilənin Rusiyaya aid hissəsinin yerinə yetirilməsi ilə bağlı çox konkret tələblər irəli sürüb. Razılaşmanın taleyi həll olunmayıb, onun uzadılması Qərb, xüsusən də ABŞ və Böyük Britaniyanın öz vəzifələrini yerinə yetirmək üçün addımlar atması ilə mümkün olacaq”, - mənbə bildirib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya taxıl müqaviləsi başa çatana qədər növbəti addımlarını nəzərdən keçirəcək: "Rusiya prezidenti Vladimir Putinin bəyan etdiyi kimi, bizim hələ bir neçə günümüz var. Bu məsələlərin ətraflı araşdırılmasından sonra qərar barədə sizə vaxtında məlumat verəcəyik".

Putin daha əvvəl demişdi ki, Rusiya ona verilən bütün vədlər yerinə yetirilənə qədər taxıl sazişində iştirakını dayandıra bilər.