Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi Ərbil şəhəri yaxınlığındakı Hərir hərbi bazası pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Shafaq" News informasiya portalı hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bazanın ərazisində partlayış səsi eşidilib və tüstü sütunları görünüb. Hücumun nəticələri barədə məlumat verilmir.