Kilyan Mbappe PSJ-ə gələn yay müqaviləsini uzatmayacağını elan etdikdən sonra fransız hücumçunun gələcəyi ilə bağlı bəzi proseslər oldu. "Real Madrid" Mbappeni heyətinə qatmaq istəyir, lakin PSJ-nin tələb etdiyi 200 milyon avronu ödəmək niyyətində deyil.

İqtisadiyyat.az "Cadena Ser"ə istinadən xəbər verir ki , "Real Madrid" Kilyan Mbappe üçün maliyyə planı hazırlayıb. Buna uyğun olaraq, Kilyan Mbappeyə 50 milyon avro maaşla 5 illik müqavilə təklif edəcəklər. Müqaviləyə 1 milyard avroluq sərbəst qalma maddəsi də daxildir. Bununla belə, PSJ-nin tələb etdiyi 200 milyon avroluq transfer haqqını ödəmək fikrində olmayan ispan nəhəngi gələn yay Mbappeni almağa daha həvəsli ola bilər.

Xəbərə görə, iyulun 10-dan 26-a kimi Kilyan Mbappenin transferində əsas günlər olacaq.