"Kəpəz" Elnur Cəfərovla müqaviləni yeniləyib.

İqtisadiyyat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cinah yarımmüdafiəçisi daha 2 il (1+1) "Kəpəz"in şərəfini qoruyacaq.

Futbolçu ötən mövsüm qışdan sonra "Kəpəz-2"də oynamışdı.

Bundan əvvəl Cəfərov "Xəzər Lənkəran", "Tondela", "Duqopolye", "Neftçi", "Keşlə"(indiki "Şamaxı"), "Sumqayıt", "Qaradağ Lökbatan" klublarında çıxış edib.