"Turan Tovuz"dan ayrılan Ehtiram Şahverdiyevin yeni klubu məlum olub.

İqtisadiyyat .az xəbər verir ki, 26 yaşlı müdafiəçi "Kəpəz"ə keçib. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şahverdiyevlə 1 illik müqavilə imzalanıb.

Şahverdiyev 2022-ci ilin yayından Tovuz klubunda çıxış edirdi. O, sözügedən komandada 28 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.