2023/24 mövsümünün hazırlığını davam etdirən "Kəpəz"də yeni müqavilə qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, Gəncə təmsilçisi qapıçı Kamran İbrahimovun sözləşməsinin müddətini artırıb. 24 yaşlı qolkiper daha bir il "sarı-göylər"in şərəfini qoruyacaq.

Qeyd edək ki, Kamran İbrahimov ötən ilin yayından "Kəpəz"də çıxış edir. O, komandanın heyətində 6 Premyer Liqa matçında meydana çıxıb.