"Kəpəz" heyətini yeni qapıçı ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı İqor Rodriqes "sarı-göylər"in şərəfini qoruyacaq. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qolkiperin son klubu ölkəsində “Feyrense” olub. 28 yaşlı qapıçı Portuqaliyanın tanınmış komandalarından olan "Benfika" ilə müqavilə bağlasa da, icarə əsasında “Şaveş”, “Eştoril” və “Sportinq Kovilya” klubunda oynayıb.