"Səbail" ilə yoxlama görüşündən sonra iki günlük istirahətə buraxılan "Kəpəz" futbolçuları sabah məşqləri bərpa edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayııb.

Hazırlıq proqramına əsasən iyulun 10-da iki məşq var. Futbolçular əvvəlcə saat 10:30-da Gəncə Olimpiya İdman Kompleksində bir araya gəlib trenajorda çalışacaqlar. Saat 18:30-a təyin olunan günün ikinci məşqində isə komanda üzvləri Gəncə şəhər stadionunda yığışacaqlar. "Sarı-göylər" arenanın yeni istifadəyə verilən təbii örtüklü meydanında məşq edəcəklər.