"Kəpəz" futbolçusu Yeqor Xvalko ilə müqavilənin müddətini uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, Gəncə təmsilçisinin onunla danışıqları müsbət nəticələnib. Belaruslu müdafiəçi ilə daha bir illik müqavilə bağlanıb.

Qeyd edək ki ,Y.Xvalko ötən mövsüm 27 oyunda forma geyinib, 2 qol vurub.

Xatırladaq ki, "Kəpəz" bundan əvvəl Elçin Əlicanovla yeni müqavilə imzalayıb.