Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq "Kəpəz"  ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “Kəpəz” klubunun rəsmi müraciəti, “Turan Tovuz” klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası Gəncə təmsilçisinin Tovuz şəhər stadionunda oynaması ilə bağlı qərar qəbul edib. Tərəflərin razılığı ilə "sarı-göylər" qonaqlarını qış fasiləsinə qədər Tovuz şəhər stadionunda qəbul edəcək.

Klubun əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.