Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, günün ilk matçında "Sabah" doğma meydanda "Kəpəz" klubunu qəbul edib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Hərəyə 2 qol vuran komandalar sülhə razılaşıblar.

Qeyd edək ki, günün növbəti matçı "Səbail" və "Araz-Naxçıvan" klubları arasında keçiriləcək.